Aydın Xırdalanlı: "Uqolovnik”lərdən biri Rəşadın tərəfində olub”.
İyulun 2-də Bakının Yasamal rayonundakı restoranlardan birində Azərbaycanın tanınmış meyxanaçısı Rəşad Dağlı döyülüb. Bu barədə Lent.az-a məlumatlı mənbədən bildirilib. Məlumata görə, o, məclis sahibləri tərəfindən döyülüb və olay vaxtı başqa bir meyxanaçı Aydın Xırdalanlı da orada olub.
Məsələ ilə bağlı Aydın Xırdalanlı Lent.az-a açıqlamasında belə bir hadisənin baş verdiyini qismən təsdiqləyib. O, özünün bir qədər əvvəl orda olsa da, hadisə vaxtı artıq restoranda olmadığını, hadisənin yalnız Rəşad Dağlı ilə bağlı olduğunu deyib: "Mən meyxananı həmin restoranda Rəşadla yox, tək dedim. Sonra gedib Rəşadı yuxudan oyandırıb çağırıblar. Rəşad gələnə yaxın fikirləşdim ki, o da gələndən sonra gərək onunla deyişmə deyim, onda da vaxtım gedəcək. Fikirləşdim ki, çıxmaq lazımdır. Axır ki, imkan tapıb restorandan çıxdım. Rəşadla qapıda rastlaşdıq. Qapıda da on
...
Читать дальше »