12:56
Bəxtiyar Vahabzadə - 20 yanvar

                                        Bəxtiyar Vahabzadədən 20 yanvar şəhidlərinin xatirəsinə yazilan şeirlerden bir neçəsini sizətəqdim etmək istərdim. Əslində burada bu şerləri mp-3 vəya video variantda yerləşdirməyi çox istəyirdim, amma cox təhsuflər olsunki bu halda bir dənə də olsun mənbə tapa bilmədim. Bu üzdən şerləri yazili formada bölüşməyi qərara aldım. İndi isə həmin yazini sizinlə bölüşmək istədim. 

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbayc qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

?Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.


                                           İlham vəFərizə



Dözməyib qatilin kəshakəsinə,
İlham çölə çıxdı güllə səsinə,
Gördü qırhaqırdı, gördü vurhavur,
Tanklar adamların üstünə cumur.
Bağırdı: - Soldatlar, neyləyirsiniz,
Axı, bunlar ilə siz də birsiniz.
Axı bu adamlar silahsızdılar.
Soldatlar daha da coşub qızdılar.
...Bu sözlər İlhamın son sözü oldu,
Ona da bir güllə... o da vuruldu.


O gecə yatmadı bir an Fərizə,
İlhamı gözlədi,
İlham gəlmədi.
Dönük taleyilə durdu üz-üzə.
Qalıb küçə ilə ev arasında,
Gecəni sübhədək o dincəlmədi.
Ertəsi... qapqara xəbəri gəldi,
Ölümün həyata zəfəri gəldi.


Çatmadı əvvəlcə bu xəbər ona,
İnana bilmədi qulaqlarına.
Elə ki, inandı,.. o, lal kəsildi.
Heykələ döndü.
Anladı, bildi:
Qapısı bağlandı, ocağı söndü.


                                        Larisa 



On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu.


İnsanlığı, mərhəməti,
Ədaləti, həqiqəti
Bir qərəzə satan oldu.
Anan asmış dərs çantanı,
Məzarının baş daşına.
Axı, niyə hay vermirsən.
Səni dərsə haraylayan yoldaşına?
Sənin adın dostlarının dil əzbəri.
Qızım, axı səni gözlər çoxdan bəri
Açmadığın kitabların, dəftərlərin,
Səni gözlər partandakı o boş yerin.



Nə bərk oldu yuxun sənin?
Ataların ah-naləsi,
Anaların şivən səsi
Sığmır göyə, sığmır yerə.
Söylə, niyə oyanmadın
Bu haraya, bu həşirə?

Övladıydın iki xalqın.
Bu dostluğa mən uydum, sən də uydun.
Sən dostluğun simvoluydun.
Bunudamı bu gün bizə çox gördülər?
Elə bil ki, səninlə bir
Bu dostluğu öldürdülər  


                                                                                 Allah Rəhmət Eləsin

Просмотров: 1959 | Добавил: Liman | Рейтинг: 3.2/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]